Millimiz iki pillə irəlilədi
Futzal üzrə milli komandaların reytinq cədvəli açıqlanıb. 109 komandanın yer aldığı həftəlik reytinqdə Azərbaycan millisi iki pillə irəliləyərək 13-cü pilləyə yüksəlib. Millimizi ehtiyatında 1356 xal var.

Qeyd edək ki, komandamızın reytinqdə yüksəlməsinə Avropa çempionatının seçmə mərhələsində Norveç, Bosniya və Hersoqovina və Slovakiya üzərindəki qələbələr səbəb olub.

Siyahıya Braziliya (1982 xal) başçılıq edir. İspaniya (1975) ikinci, İtaliya (1782) üçüncü yeri tutur.

Xəbər 842 dəfə oxundu.