Zərdabda rayon birinciliyi keçirilib
30-31 mart tarixlərində 31 mart Soyqırım günü qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında karate idman növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri 3 saylı tam orta məktəbin idman zalında 40 nəfərin iştirakı ilə keçirilən birinciliyin məqsədi 31 mart Soyqırımı günü qurbanlarının xatirəsinə yad etmək və rayonda idmanın karate növünü inkişaf etdirmək olub.

Sonda oğlanlar arasında Sabir Babayev (40kq), Mikayıl Kərimli (45kq), Elnur Babayev (55kq), Nurəddin Əliyarlı (60kq), qızlar arasında (46 kq) ilk yerlərə layiq görülüblər.

Xəbər 774 dəfə oxundu.