“Azərreyl” klubu islahatlara başlayıb
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu islahatlara başlayıb. Baş məşqçi baş məşqçi Alessandro Çiappini istefaya göndərilib.

İtaliyalı baş məşqçi ilə yanaşı, onun köməkçiləri – Nikola Neqro, Terri Rosini və Fabio Qabbon da Bakı klubundan qovulub. Artıq onların əvəzediciləri də müəyyənləşib. “Bakı-Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov “Azərreyl”in “sükanı arxasına” gətirilib. Onu komandasında isə köməkçisi Vüqar Əliyev əvəzləyib.

Məşqçilərdən başqa voleybolçular – hollandiyalı Karolina Vensink, finlandiyalı Rikka Lehtoneni və xorvatiyalı Anna Qrbaçı komandadan kənarlaşdırılıb.

Xəbər 838 dəfə oxundu.