Bekheminin malikanəsi satışdadır
İdman.com.az saytının məlumatına görə, PSJ-nin futbolçusu Devid Bekhem İngiltərədəki malikanəsini satışa qoyub. Bekhemlər ailəsi Hartfordşirdə yerləşən "Bekinhem sarayı"nı 14 il əvvəl 10 milyon funt-sterlinqə alıblar.

O, malikanəni tam təmir və rekonstruksiya etmiş, ona səsyazma studiyası, helikopter meydançası, qapalı və açıq hovuzlar əlavə edib.

Devid və Viktoriya Bekhemlər Londonun intensiv, kosmopolit həyatında yaşamağı üstün tutublar.

Qeyd edək ki, onlar Londonun Kensinqton və ya Meyfauer səmtlərindən birində ev almaq fikrindədirlər.

Aynurə

Xəbər 926 dəfə oxundu.