“Sülh və İdman Dubay Forumu 2013”
Aprelin 23-24-də keçiriləcək “Sülh və İdman Dubay Forumu 2013” ün artıq akkreditasiyası və qeydiyyatı başlanılıb.

İdman.com.az saytı xəbər verir ki, forum Yaxın Şərq və Şimali Afrika ərazisində keçiriləcək. Burada idman, siyasət, özəl sektor və vətəndaş cəmiyyətindən çoxsaylı qərarlar qəbul ediləcək.

Olimpiya Komitəsi ilk “Sülh və İdman Dubay Forumu” nun keçirilməsi barədə bir ay öncədən dünyanın idarəetmə siyasi xadimlərinə və qərar qəbul edən aparıcı şəxslərə: Şeyx Həmdən Əl-Məktuna ( Dubay İdman Şurasının vəliəhdi və sədri), Naval Əl Mautavıl ( Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti), Nəcəf Fayzal Fəhd Əbdüləzizə ( Ərəb Milli Olimpiya Komitəsinin prezidenti) əvvəlcədən məlumat verib.

Forumda Səudiyyə Ərəbistanı, BƏƏ, Yəmən, Bəhreyn, Küveyt, Tunis, İordaniya, Misir, Livan, Əlcəzair, kimi ərəb dövlətləri iştirak edəcək. Həmçinin bir çox tanınmış idmançılar: Şarmain Kruk, Ranya Əlvani, Kristian Karembu, Faret Lafda, Teqla Lorun, Stiv Mesle, Honi Talik öz idman nişanları ilə bu forumda sülh səylərini dəstəkləyəcəklər.

“Sülh və İdman Dubay Forumu” nun təməlqoyma mərasimində davamlı sülh mövzularının, cəmiyyətdə idmanın əhəmiyyətinin və yerli icmalarla çətinliklərin aradan qaldırılması kimi bir çox mövzular geniş müzakirəyə qoyulacaq. İki gün davam edəcək müzakirələr gənclərin təhsilinə, icmalararası dialoqa, idman vasitəsilə sosial birliyin möhkəmləndirilməsinə kömək edərək unikal əməkdaşlıq platforması yaradılmasına imkan verəcək.

Foruma həmçinin seminarlar və plenar iclaslar da daxildir. Forumunun əsas məqsədi Yaxın Şərq və Şimali Afrika regionun siyasi, iqtisadi potensialını gücləndirmək və idmançıları regional diqqət dialoqunda birləşdirməkdir.

Tərcümə edən: Aynurə Pənahqızı

Xəbər 936 dəfə oxundu.