"Qəbələ" dən qələbə sevinci
Bu gün "Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində - IV Vodafone Beynəlxalq Turnirində iki oyun keçirib.

İdman.com.az saytı xəbər verir ki, ilk matçda komandamız Türkiyənin klublarından "Bursaspor"lu komandası ilə üz-üzə gəlib.
Qarşılaşmada Türkiyə təmsilçiləri 4:0 hesab ilə qalib gəlib.

İkinci görüşdə isə "qırmızı-qaralar" “Kosova SDC – İFA” ilə qarşılaşıb. Bu oyunda "Qəbələ" rəqibini 5:0 hesab ilə məğlub edib. Komandamıza qolları Məhəmməd Abbaslı (2), Samir Atakişiyev (2), Təbriz İsazadə qazandırıb.

Xatırladaq ki, bu gün qrup mərhələsinin son oyununda təmsilçimiz sabah "Kızılcahamamspor" komandası ilə üz-üzə gələcək.

Aynurə

Xəbər 1013 dəfə oxundu.