Sergey Yuran Azərbaycandan təklif alıb
“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran Azərbaycandan təklif alıb. Bu haqda o, “Sport-eskpress” qəzetinə müsahibəsində bildirib.

Bu yaxınlarda qarşısına qoyulan məqsədə çatmadığı üçün Rusiya birinci divizion təmsilçisi “Sibir”dən istefaya göndərilən mütəxxəsis Azərbaycanla yanaşı, bir vaxtlar çalışdığı başqa ölkə - Qazaxıstandan da dəvət aldığını deyib: “İlkin danışıqlarımız olub. Aprelin sonu, mayın əvvəlində vəziyyət konkretləşəcək. Amma mən əvvəlkitək Rusiyada işləmək istəyirəm”.

Yuran Azərbaycandan hansı klubdan dəvət aldığını açıqlamayıb.

Xəbər 792 dəfə oxundu.