Super Liqada qapıçı azarkeşi döydü
Türkiyə Super Liqası çərçivəsində bu gün keçirilən «Kasımpaşa» – «Bursaspor» matçında xoşagəlməz hadisə baş verib. Hakim matçı başa çatdıran kimi azarkeşlər meydana daxil olaraq «Bursaspor»un qapıçısı Harun Tekinə hücum çəkiblər.

Qolkiperə tərəf qaçan azarkeşləri mühafizəçilər dayandırıb. Bu arada Harun yerə yıxılan bir azarkeşi yumruqlamağa başlayıb. Qaçaraq həmin yerə gələn «Bursaspor»lu futbolçuların araya girməsindən sonra meydanda əməlli-başlı qalmaqal yaranıb.

Daha sonra qonaq komandanın üzvləri Harunu paltardəyişmə otağına aparıb. Qapıçıya hücum edən azarkeşləri isə polis stadiondan çıxarıb.

Xəbər 784 dəfə oxundu.