Ronaldo telekaryeraya başlayır
Braziliyalı futbol əfsanəsi Ronaldo Konfederasiya Kubokunun oyunlarını Globo TV-də şərh edəcək. İdman.com.az saytının məlumatına görə, ikiqat dünya çempionu, 2014-cü il dünya çempionatının təşkilatçılarından birini Braziliya mediaimperiyası mundialqabağı yığmaların turnirinin yayımı zamanı studiyanın qonaqlarının biri kimi təqdim olunub.

Globo Ronaldonun təqdimatını böyük sensasiya kimi edib. Kanalın şərhçilərindən biri isə 1986-cı il dünya çempionatının iştirakçılarından olan Valter Kasaqrandedi. Ronaldo isə 4 dünya çempionatında iştirak edib və rekord sayda – 15 qol vurub. 1994-cü və 2002-ci illərdə isə o, dünya çempionu olub. Əgər 19 il öncə ABŞ-da ehtiyatda oturmuşdusa, 2002-ci ildə 8 qol, o cümlədən ikisini finalda almanlara vuraraq, Luis Felipe Skolarinin komandasının qələbəsinə əsas töhfəni vermişdi.

Globo TV-dəki yayıma gəldikdə, Ronaldo ilə birgə daha bir məşhur idman ulduzu – Rubens Barrikello da təqdim edilib. Məşhur sürücü özünün əfsanələrindən olduğu «Formula-1» yarışlarını şərh edəcək.

Xəbər 895 dəfə oxundu.