"Rəvan" hazırlıqlarını yekunlaşdırıb
"Rəvan” futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində sabah "Turan”la qarşılaşacaq. Komanda artıq bu oyun üçün hazırlığını başa vurub.

Belə ki, bu günkü səhər məşqi matç öncəsi son hazırlıq olub. Komanda üzvləri "Bayıl Arena”da çalışmaqla hazırlığı başa vurub. Baş məşqçi Ramil Əliyev görüşdən əvvəl yetirmələrini elə də çox yormaq istəməyib. Ancaq futbolçuların səylə çalışmaları da diqqətdən yayınmayıb.

"Rəvan" yığmaların çıxışı ilə yaranmış fasilədən sonra ilk dəfə bütün kollektivlə məşq keçib. Sevindirici məqamlardan biri də heyətdə zədəli və cəzalı futbolçuların olmamasıdır. Son günlər fərdi məşqlə kifayətlənən Nikolay Orlovski də komanda ilə ümumi çalışmalarda iştirak edib. Baş məşqçi Ramil Əliyev klubun rəsmi saytına açıqlamasında moldovalı müdafiəçinin "Turan”la görüşdə meydana çıxa biləcəyini söyləyib.

Qeyd edək ki, "Turan" - "Rəvan" qarşılaşması martın 30-u baş tutacaq.

Xəbər 834 dəfə oxundu.