Qurban Qurbanov: “Qəbələ” sıradan bir rəqib deyil”
“Qəbələ” sıradan bir rəqib deyil. Heyətində fərdi cəhətdən güclü futbolçular yer alıb”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi deyib.

“Qarabağ” Premyer Liqanın XXIV turunda kubokda mübarizədən kənarlaşdırdığı “Qəbələ” ilə qarşılaşacaq. Qurbanov oyunun onlar üçün çətin keçəcəyini bildirib: “Qəbələ” kubokda mübarizəni dayandırıb. Üstəlik çempionatda da işləri yaxşı getmir. Bütün bunlar komandanın irəli gedəcəyindən xəbər verir. Buna görə də, bizim üçün çətin oyun olacağını düşünürəm. Qarşıda 9 matçımız var. Bu oyunların hər birində qələbə qazanmaq lazımdı”.

Xəbər 809 dəfə oxundu.