Yevlaxda rayon birinciliyi keçirilib
18-19 mart tarixlərdə Yevlax şəhər taekvando zalında “Novruz Bayramı” münasibətilə taekvando idman növü üzrə rayon birinciliyi keçirilib.

Yarışda 60 idmançı iştirak edib.

Sonda qalib idmançılar Yevlax şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 1153 dəfə oxundu.