Şahmat çempionatında 6-cı turun qalibləri bəlli olub
Respublika Şahmat Mərkəzində start götürən 14-16-18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatının 6-ci turu başa çatıb. 14 yaşadək oğlanlar arasında Qulam Məmmədov 6 oyundan 5 xal toplayaraq 1-ci yerdədir. Niyazi Nağdiyev rəqibindən 0.5 xal az toplayaraq 4.5 xalla hələlik qrupun ikincisidir.

Eyni yaş qızlar arasında Aydan Höccətova və Günay Məmmədzadə liderlik uğurunda mübarizəni davam etdirirlər. Qızların hər ikisinin aktivində 6 xal var. Fatimə Əhmədova və Aytən Əmrayeva isə 5.5 xal toplayaraq 16 yaşadək qızlar arasında turnir cədvəlinə başçılıq edirlər.

16 yaşadək oğlanlar arasında Nuri Murad və Miradil Zeynallı 4.5 xal toplayaraq 1-ci yer uğurunda mübarizə aparırlar. 18 yaşadək oğlanlar arasında Misrətdin İsgəndərov fərqlənə bilib,hələlik O, 4.5 xalla qrupun lideridir. Beynəlxalq usta Ülvi Bacarani , Gəncə şahmatçısı Amil Abbasov və Nurlan Şabanov hərəyə 3.5 xal toplayaraq 2-4-cü yerləri bölüşdürürlər.

Xəbər 1070 dəfə oxundu.