Karate-do və kobudo növləri üzrə Bakı şəhər açıq birinciliyi
Hövsan Olimpiya İdman Kompleksində qoçyu-ryu okinava karate-do və kobudo növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

Yekun nəticələrə görə, 9-12 yaş arası birinci yerə Ruslan Süleymanov (20 kq), İlyas Nəcəfov (25 kq), Murad İsmayılov (30 kq), Elbəy Omarov (35 kq), Ələsgər Aslanov (40 kq) layiq görülmüşlər.

13-15 yaş arası birinci Salamov Qoşqar (30 kq), Əli Miriyev (35 kq), Fərhad Abbasov (40 kq), Adil Məlikov (45 kq), Qismət Cəbizadə (50 kq), Zaur Səmədov (55 kq), Vüqar Məmmədzadə (60 kq), Ənvər Əliyev (65 kq), Polad Mustafayev (70 kq), Fariz Qəhrəmanov (75 kq), Alim Qurbanov (75 kq-dan yuxarı) olmuşlar.

Qızlar arasında birinci yeri Aytən Səmədova (30 kq), Xədicə Feyruzova (40 kq) və Gülnar Həzili (60 kq) tutmuşlar.

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

AzərTAc

Xəbər 1488 dəfə oxundu.