Toşak Berti Foqtsun fikirlərinə münasibət bildirib
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak Berti Foqtsun Portuqaliya ilə oyundan sonra azərbaycanlı futbolçularla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Britaniyalı mütəxəssis alman çalışdırıcının düşüncəsindən razı qalmayaraq maraqlı ifadələr işlədib.

“Mən, Berti Foqtsun dedikləri ilə razı deyiləm. Əgər azərbaycanlı futbolçular az çalışırsa, onlara texnika öyrətmək olmursa, bəs biz bura niyə gəlmişik? Bu gün Toşakı, illər öncə isə Foqtsu ona görə Azərbaycana dəvət ediblər ki, bu problemləri həll edək. Məgər hansı isə yerli mütəxəssisi Azərbaycandan Almaniyaya, yaxud Uelsə işləməyə dəvət ediblərmi? Xeyr! Demək bizə inanıb, bizdən kömək istəyiblər ki, bu ölkənin futbolunu inkişaf etdirək, bilmədiklərini öyrədək”, deyə Toşak bildirib.

Xəbər 866 dəfə oxundu.