Gədəbəydə sərbəst güləş üzrə turnir keçirilib
27-28 mart Gədəbəy rayon Gənclər ve İdman idarəsinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə turnir keçirilib.

Şəhər 1 saylı tam orta məktəbin idman zalında 32 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, sərbəst güləş idman növünün təbliği və ən güclü idmançıları müəyyən etmək olub.

Sonda yeddi çəki dərəcəsində ilk yerləri tutmuş idmançılar Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb.

Xəbər 1009 dəfə oxundu.