Ünal Aysaldan yeni ulduz xəbəri
Qalatasaray klubunun başçısı Ünal Aysal türk telekanalına maraqlı açıqlamalar verib.

İdman.com.az saytı xəbər verir ki, CNN International kanalına verdiyi müsahibəsində Ünal Aysal yeni mövsümdə kluba tanınmış futbolçuların transfer olacağı haqda maraqlı açıqlamalar verib.

"Çempionlar Liqasındakı qələbəmiz bizim üçün nə ilk, nədə ki, sonuncu olacaq. Məqsədimiz burada daim qalmaqdır. Son 2 ildə möhtəşəm qələbələr əldə etmişik. Bunların hər biri bizlər üçün çox önəmlidir. İrəlilədə həyata keçirəcək bir çox planlarımız var. Düzdü klubumuzda yaxşı oyunçular var, amma daha da gücləndirməyə davam edəcəyik".-deyə Ünal bildirib.

Ünal Aysal həmçinin Real Madrid oyununa da toxunub: "Bu turda bütün oyunçular bir-birinə qələbə qazanmaq üçün oynayacaq. Real Madrid büdcəsi bizim büdcəmizdəm 3 dəfə böyükdür. Deyə bilərəm ki, oyunçuları bizimkilərdən daha güclüdür. Ancaq bizim hədəflərimizdə böyükdür. Biz oyuna yalnız və yalnız qalib gəlmək üçün çıxacağıq".

Aynurə

Xəbər 1134 dəfə oxundu.