Uesli Sneyder meydanda
"Qalatasaray"lı futbolçu Uesli Sneyder artıq komandası ilə məşqlərə başlayıb.

İdman.com.az saytı xəbər verir ki, əslən hollandiyalı olan futbolçu DÇ-2014-ün seçmə mərhələsində Estoniya ilə qarşılaşma zamanı ciddi zədə alıb.
Qeyd edək ki, həkimlər onun hələ üç həftə meydana çıxa bilməyəcəyi haqqında məlumat vermişdi. Lakin sonradan futbolçunun səhhətində heç bir problemin və zədəsinin ciddi olmadığı məlum olub.
Superliqada "İstanbul BB" ilə oyunda futbolçuya istirahət vermək fikrində olan baş məşqçi Fatih Terim futbolçunu ÇL-da "Real"la oyuna hazırlamaq istəyir.

Aynurə

Xəbər 757 dəfə oxundu.