Viktor Valdes olduqca cəlbdeci təklif alıb
“Barselona” ilə müqaviləsi mövmsümün sonunda başa çatacaq Viktor Valdes olduqca cəlbdeci təklif alıb. Qolkiper “Anji”nin maraq dairəsinə düşüb.

“Marka”nın xəbirinə görə, böyük transferlərlə gündəmə damğasını vuran Rusiya klubu Valdesə imtina etməsi çətin olan təkliflə müraciət edib. Belə ki, Mahaçqala təmsilçisinin qolkiperə illik 10 milyon avro maaş təklif edib. Mükafatlarla birlikdə bu mələğ 12 milyon avroya qalxacaq.

Qeyd edək ki, ildə 6 milyon avro qazanan Valdes İker Kasilyasla birlikdə dünyanın ən çox qazanan qapıçısıdı. Bu təklifi qəbul edəcəyi halda isə o, böyük fərqlə və təkbaşına ən çox qazanan əlcək sahibi olacaq.

Xəbər 811 dəfə oxundu.