Türkiyədə futbol matçı zamanı hakim döyülüb
Türkiyədə futbol matçı zamanı hakim döyülüb. Hadisə həvəskarlar liqasının Ankarada keçirilən “Yolspor” – “Polatlıspor” matçında baş verib.

Qarşılaşmanın 33-cü dəqiqəsində “Polatlıspor”un futbolçusu rəqibinə qarşı kobud oynayıb və matçın hakimi Barış Saka onu meydandan qovub. Bu zaman həmin oyunçu və komanda yoldaşları hakimin üzərinə hücum çəkib. Futbolçulardan birinin yumruq atdığı Barış Saka yerə yıxılıb və bir müddət ayağa qalxa bilməyib. Daha sonra çətinliklə ayağa duran referi matçı yarımçıq dayandırıb.

Hakimin bu qərarına etiraz edən futbolçular yenidən onun üzərinə hücum çəkib. Aldığı zərbələr nəticəsində yenidən yerə yıxılan Barış Sakanı futbolçuların əlindən klub rəsmiləri və polis alıb.

Futbolçular paltardəyişə otağına yollanarkən üçüncü dəfə hakimə hücum ediblər və o, bu dəfə huşunu itirib. Barış Saka ambulansla xəstəxanaya aparılıb.

Xəbər 848 dəfə oxundu.