Hamit Altıntop maraqlı açıqlama verib
Bir müddət “Real”da, daha sonra “Qalatasaray”da forma geyən Hamit Altıntop maraqlı açıqlama verib. Türkiyəli futbolçu “Real”la qarşılaşmada rəqib qapısından top keçirəcəyi təqdirdə sevinməyəcəyini bildirib:

“Bizin Madriddə çətin oyun gözləyir. “Santiaqo Bernabeu”da qol vuracağım təqdirdə sevinməyəcəm. Mən Mourinyonun futbolçusu olmaqdan daha çox onun dostu kimiyəm”.

Xəbər 797 dəfə oxundu.