Şəkidə Yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib
Martın 19-da Şəki Olimpiya İdman Kompleksində Şəki şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq UGİM birinciliyi keçiririlib.

Yarışda Şəki şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM–də güləş qruplarının idmançıları öz qüvvələrini sınayıblar. Ümumilikdə 50-dən artıq idmançının iştirakı ilə keçirilən yarış 24-85 kq çəki dərəcələrində olan idmançılar arasında aparılıb.

Sonda qalib olan idmançılara Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Xəbər 1183 dəfə oxundu.