“Real” Mourinyonu əvəzləyəcək baş məşqçi axtarışındadır
“Real” rəhbərliyi indidən Joze Mourinyonu əvəzləyəcək baş məşqçi axtarışına başlayıb.

İspan mətbuatının məlumatına görə bu posta artıq 4 namizəd var. Bunlar Yurgen Klopp (“Borussiya”), Karlo Ancelotti, (PSJ), Andre Villaş- Boaş (“Tottenhem”) və Antonio Kontedi (“Yuventus”). “Real”ın prezidenti Florentina Peresin bu 4 məşqçidən birini Madridə gətirəcəyi gəzən söz-söhbətlər arasındadı.

Portuqaliyalı mütəxəssisin isə “Çelsi”nin prezidenti Roman Abramoviçlə danışıqlara başladığı və 3 illik müqavilənin detallarını müzakirə etdiyi bildirilib.

Xəbər 767 dəfə oxundu.