Azərbaycan milli komandası sabah Bakıya qayıdır
Martın 17-si tarixində Avstriyada təşkil olunmuş təlim–məşq toplanışına yollanan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sabah Bakıya qayıdır.

Hazırlıq prosesində gənc futbolçularımız bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Baş tutan matçlarda yığmamız iki qələbə qazanıb və bir heç-heçə edib.

İlk görüşdə seçməmiz Macarıstanın “Haladas” komandası ilə üzləşib və 2:1 hesablı qələbəyə sevinib. Növbəti oyununda isə futbolçularımız Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma ilə üzləşib və oyun 1:1 hesabı ilə yekunlaşıb. Dünən keçirilən son yoldaşlıq oyununda isə komandamız alban həmyaşıdlarını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Xəbər 888 dəfə oxundu.