Karlo Ancelotti: "Matuidi toxunulmazdı"
PSG texniki direktoru Karlo Ancelotti jurnalistlərə verdiyi müsahibə zamanı oyunçusu Blaize Matuidi barəsində təriflər söyləyib.

İdman.com.az saytının verdiyi məlumata görə, texniki direktor gənc oyunçunun İbrahimoviç ve Tiaqo Silva qədər toxunulmaz olduğunu söyləyib.
"Heç birimiz ondan belə bir oyun gözləmirdik. Ancaq Matuidi hamımızı bu fikirdə yalnış olduğumuzu sübut etdi. Bu gün o bizim üçün həqiqətəndə Zlatan İbrahimoviç və Tiaqo Silva qədər yeri doldurula bilinməyən bir oyunçu kimi ürəklərimizdə iz qoydu".

Aynurə

Xəbər 1216 dəfə oxundu.