“Qarabağ” itkilərlə hazırlaşır
“Qarabağ” premyerliqanın XXIV turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Milli komandalara göndərdiyi 10 futbolçusundan əskik çalışan Ağdam təmsilçiləri günü tək çalışmayla keçirəcək.

Komandada milli futbolçularla yanaşı zədəli futbolçuların durumundan da xəbər var.”Turan”la yoxlama görüşündən öncə zədələnən İlqar Qurbanovun əzələ yüklənməsindən yaranmış problemi aradan qalxmaq üzrədi. Qurbanov sabahdan etibarən kollektiv çalışmalara başlayacaq. Daha bir zədəli Branimir Subaşiç isə fizioterapevt nəzarətində fərdi çalışmaqla kifayətlənir.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu Martın 30-da saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər 1012 dəfə oxundu.