Sumqayıtda açıq şəhər çempionatı keçirilib
16–17 mart tarixlərdə Sumqayıtda 1 saylı Uşaq Gənclər İdman Məktəbində "Novruz" bayramına həsr olunmuş veteranlar arasında açıq şəhər çempionatı keçirilib. Çempionatda Səlyan, Quba, Bakı və Sumqayıt şəhərinin 20-ə yaxın veteran tennisçiləri iştirak ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Niyaz Əzimov (Sumqayıt), Qulu Quliyev (Bakı) və Azər Cəfərov (Bakı) müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.

Xəbər 876 dəfə oxundu.