Zərdabda voleybol üzrə rayon çempionatı keçirilib
12-16 mart tarixlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü və “Novruz” bayramı münasibətilə voleybol üzrə rayon çempionatı keçirilib.

Zərdab Şəhər 2 saylı tam orta məktəbin idman zalında 200 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü və “Novruz” bayramını qeyd etmək, idmanın voleybol növünün rayonda inkişaf etdirmək, rayonda kütləvi sağlamlıq və gənclərin asudə vaxtının səmərəli təşkili olub.

Sonda birinciyə Rayon Polis şöbəsi, ikinci yerə Yarməmmədbağı kənd komandası layiq görülüb.

Xəbər 975 dəfə oxundu.