Plat: «Siti» Mançinini dəstəkləyir
«Mançester Siti»nin çalışdırıcısı Devid Plat, klub rəhbərliyinin baş məşqçi Roberto Mançininin işini layiqincə dəyərləndirdiyini söyləyib. İdman.com.az saytı xəbər verir ki, mütəxəssis, italiyalı xocanın komandadan göndərilməsini şayiə anlandırıb:

«Mançester Siti»nin sahibləri və azarkeşləri Mançininin işində tam dəstəkləyirlər. Əslində, işdən gözləntilərin səviyyəsi çoxlarının düşündüklərindən daha yüksəkdir. Ancaq insanlar daha çox dedi-qodunu və neqativ halları danışmağı sevirlərsə, bu onların öz işidir.

Biz buna təsir göstərə bilmərik. Mənim demək istədiyim odu ki, Mançini karyerası boyunca az mükafat qazanmayıb. Onun fikirləri məhz həmin mükafatların qazanılmasına yönəlib. Onda qalib gəlmək istəyi heç zaman itmir».

Xəbər 906 dəfə oxundu.