Donadoni «Milan»a keçə bilər
«Parma»nın baş məşqçisi Roberto Donadoni komandasını «Milan»a dəyişə bilər. Parmalıların rəhbərliyi hadisənin belə mümkün gedişindən narahatdır. Bu yaxınlarda 49 yaşlı məşqçi komandası ilə müqaviləsini 2015-ci ilədək uzadıb. Bununla belə, o, artıq yayda komandanı tərk edə bilər.

İdman.com.az saytı xəbər verir ki, baş məşqçisini dəyişməyi düşünən «Milan» onunla maraqlanır. «Parma»nın rəhbərliyi «rossoneri»lərlə əlaqə saxlayıb onları Donadoni ilə danışıqlar aparmamağa çağırmağı düşünür.

Xəbər 818 dəfə oxundu.