«Borussiya» plana əməl etdi
Dortmund «Borussiya»sının idman direktoru Hans-Yoahim Vatske komandann bu il qarşısna qoyduğu plana əməl etdiyi söyləyib. İdman.com.az saytı xəbər verir ki, alman mütəxəssis qazanılan uğurlardan xeyli pul qazanacaqlarını da qeyd edib:

«Bu mövsümü «Borussiya» üçün uğurlu saymaq olar. Komanda Çempionlar Liqasının dörddəbir finalına çıxıb, baxmayaraq ki, ilkin məqsəd qrupdan çıxmaq idi. Bundesliqaya gəldikdə, komandanın avrokuboklara birbaşa vəsiqəni qazanmaq imkanı var. Ora düşmək isə komandaya gəlir gətirəcək».

Xəbər 1243 dəfə oxundu.