«Portu» Rodrigesi satmır
«Mançester Yunayted» klubu «Portu»nun yeni parlayan ulduzu Hames Rodriges üçün 30 milyon avro təklif edib. İdman.com.az saytı xəbər verir ki, «Qırmızı şeytanlar»ın skautları son 4 həftədə Rodrigesin iştirakı ilə 3 matçı izləyiblər.

Onlar futbolçunu 30 milyon avro həcmində dəyərləndiriblər. Lakin Portuqaliya klubu futbolçusunu satmaqdan imtina edib. «Mançester Yunayted»in Rodrigesin namizədliyinə transfer pəncərəsinin açılmasına yaxın yenidən qayıdacağı gözlənilir.

Xəbər 922 dəfə oxundu.