«İnter» İquainlə maraqlanır
Argentinalı futbolçu Qonsalo İquain «Real»ı tərk edib «A» Seriyaya üz tuta bilər. İdman.com.az saytı xəbər verir ki, Milan «İnter»i yayda heyətinə ciddi əl gəzdirməyi planlaşdırır. Bununla əlaqədar komandaya bir sıra namizədlərin adları gündəmə çıxıb.

Onların sırasında «Real»ın forvardı İquain də var. «Marca»nın məlumatına görə, «nerazzuri»lər argentinalı üçün 15 milyon avrolarından keçməyə hazırdılar. Bununla da əlaqədar müvafiq təkliflər paketi hazırlanır.

Xəbər 934 dəfə oxundu.