«Blekbörn» məşqçisiz qaldı
Çempionşipdə vargəl edən «Blekbörn» yenə baş məşqçisini yolladı. Bu, mövsümün başlanğıcından klubda 3-cü məşqçi göndərişidi. İdman.com.az saytı xəbər verir ki, Maykl Epplton da 2 sələfi kimi istefaya göndərildi.

Rəhbərlik hələ sentyabrda Stiven Kini, dekabrda isə Henniq Berqi yola salmışdı. Epplton «elektrik stulu»nda cəmisi iki ay qala bildi və son 7 oyunda 1 qələbə belə qazana bilmədi.

Komandasını da ölkə kubokunun 1/4 finalında dayandırdı. Hələlik onun vəzifəsini əvvəllər ehtiyat komandanı çalışdıran Qari Boyer icra edəcək. Hazırda «Blekbörn» Çempionşipdə 18-ci yerdədi və təhlükəli zonanın 4 xallığında qərar tutub.

Xəbər 918 dəfə oxundu.