Mertezaker Almaniyaya dönməyi düşünmür
London «Arsenal»ının mərkəz müdafiəçisi Per Mertezaker onu Bundesliqaya geriyə göndərən şayiələri təkzib edib. Ötən həftə mətubatda Almaniya yığmasının 28 yaşlı futbolçusuna «Volfsburq»un maraq göstərməsi xəbəri çıxmışdı.

İdman.com.az saytının məlumatına görə, komandanın idman direktoru Klaus Allofs Mertezakerlə Bremen «Verder»indəki dövrdən yaxşı tanışdır. Mertezaker bildirib ki, onun indiyədək Allfosla yaxşı münasibətləri var. Lakin buna görə «Arsenal»dan getməyi düşünmür. Özünün yaxın gələcəyini o, London klubunda görür:

«Əlbəttə, «Volsburq»un marağı barədə eşitmişəm. Lakin bunu təbəssümlə qəbul etdim. Ailəm də daxil olmaqla, hamı məndən soruşur: «Nə baş verir?». Əlbəttə, mənim həmişə Allofsla yaxşı münasibətim olub. Lakin Almaniyaya mümkün dönüş barədə düşünmürəm. Əvvəlkitək İngiltərədə «Arsenal»la qalmaq istəyirəm».

Xəbər 1804 dəfə oxundu.