“Sumqayıt” futbol klubu istirahəti başa vurub
Komanda martın 18-də “Bayıl Arena”da “Kəpəz” komandası ilə oyunun hazırlığına başlayıb. Topaz Premyer Liqasının son turunda “Turan”la keçirilmiş qarşılaşmada (4:0) zədələnən Orxan Əliyev hələ bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Bundan başqa, A millinin heyətində yer alan Səlahət Ağayev, Pərdis Fərcad-Azad, U-21-də olan Slavik Alxasov və U-19-un heyətinə çağırılmış Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə hazırlıq prosesinə nisbətən gec qoşulacaqlar.

AzərTAc

Xəbər 873 dəfə oxundu.