Azərbaycanlı akrobatlar beynəlxalq turnirin qalibi olublar
Azərbaycanın Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın dueti Portuqaliyanın Mayya şəhərində keçirilən Dünya kuboku çərçivəsində gənclər arasında beynəlxalq turnirin mütləq qalibi olublar.

Duetimiz balans və temp tapşırıqlarının icrasından sonra mükafatlara iddialı olan digər cütlüklər arasında lider mövqedə qərarlaşıb.

Lakin onların medal qazanmaq arzusu elə arzu olaraq qalıb, belə ki, Bakı Gimnastika Məktəbinin yetirmələri həlledici kombinasiyalı tapşırığa daha məsuliyyətlə yanaşıblar. Hakimlərin yekun protokolları Hüseynova-Ramazanova duetinin qalib olduğunu müəyyənləşdirib.

Öz yaş qruplarında çıxış edən Azərbaycanın ikinci qadın cütlüyü - Lalə Hüseynova və Xoşqədəm Quliyeva da finalda yarışıblar. Onlar bürünc medal qazanıblar.

Nəhayət, daha bir bürünc medalı Bakıya Elçin Əlibəyov və Emin Gülməmmədlidən ibarət kişi dueti gətirib. İndi onları aprelin əvvəlində Belçikada keçirilməsi planlaşdırılan beynəlxalq turnirdə iştirak gözləyir.

Xəbər 1027 dəfə oxundu.