Millimiz Finlandiya yığması ilə yoldaşlıq oyunu keçirib
Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Yığmamız Finlandiyanın U-19 komandası ilə qarşılaşıb. Finlandiya yığması 69-cu dəqiqədə penaltidən fərqlənməklə 1:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, millimizin üzvləri Coşqun Diniyev 69-cu, Elvin Bədəlov isə 80-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıblar.

AzərTAc

Xəbər 876 dəfə oxundu.