Daşkəsəndə şahmat üzrə rayon birinciliyi keçirilib
7-17 mart tarixlərdə Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində Daşkəsən şəhərinin yaradılmasının 65 illiyi və Novruz bayramı münasibəti ilə ümumtəhsil məktəbliləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

28 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Daşkəsən şəhərinin yaradılmasının 65 illiyinin və Novruz bayramının qeyd edilməsi, 16 yaşadək idmançıların Respublika Olimpiadasına hazırlığı, idman dərəcələri normalarının yerinə yetirilməsi və bu idman növünün inkişaf etdirilməsi olub.

Gərgin keçən mübarizədən sonra birinciyə Elman Məmmədli, ikinciyə Ümid Abbaszadə, üçüncü yerə Nurlan Məmmədli layiq görülüblər.

Qaliblər Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılıblar.

Xəbər 840 dəfə oxundu.