Faiq Əzizov yenidən legioner həyatı yaşayacaq
Azərbaycan milli komandasının qapıçılarla işləyən sabiq məşqçisi Faiq Əzizov yenidən legioner həyatı yaşayacaq. Bir müddət əvvəl Səudiyyə Ərəbistanının “Əl Tavoon” klubundan istefa verən çalışdırıcı karyerasını bu ölkədə davam etdirəcək.

Belə ki, Əzizov artıq “Najran” klubu ilə anlaşıb. Bunu mütəxəssisin özü də təsdiqləyib. O bildirib ki, mövsümün sonunadək bu klubda işləyəcək.
Qeyd edək ki, “Najran” bir neçə gün öncə Azərbaycan milli komandasının, eləcə də “Bakı” və “Simurq” klubunun keçmiş baş məşqçisi Qyoko Haciyevski ilə müqavilə bağlayıb. Bu isə o deməkdi ki, Əzizov makedoniyalı mütəxəssisin köməkçisi olacaq.

Xəbər 1001 dəfə oxundu.