Rusiyanın I divizionunda 24-cü turun oyunları keçirilib
Rusiyanın I divizionunda 24-cü turun oyunları keçirilib. 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Şamil Qurbanovun çıxış etdiyi “Baltika” “Petrotrest”i qəbul edib.

Oyun “Baltika”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanov cəmi 5 dəqiqə oynayıb. O, 85-ci dəqiqədə Skavışın əvəzinə meydana çıxıb.

Qeyd edək ki, bu qələbədən sonra “Baltika” xalını 36-ya çatdırıb və turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Xəbər 859 dəfə oxundu.