Gəncədə şəhər birinciliyi keçirilib
Martın 13-də Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş şəhərin ümumtəhsil orta məktəblərinin şagirdləri arasında şəhər birinciliyi keçirilib.

Spartak stadionunda 85 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Respublika yarışlarında şəhərin yığma komandalarının tərkibini müəyyən etmək, hərbi vətənpərvərlik vərdişlərini uşaqlar arasında inkişaf etdirmək, onları hərbi xidmətə hazırlamaq olub.

Sonda birinciyə 11, ikinciyə 10, üçüncüyə 17, dördüncü yerə 14 saylı məktəbin komandaları layiq görülüblər.

Xəbər 906 dəfə oxundu.