Neymar üçün 58 milyon
Avropada Neymar ovu davam etməkdədir. İdman.com.az saytı xəbər verir ki, qitə nəhənglərindən «Mançester Siti»nin rəhbərliyi «Santos»un və Braziliya yığmasının forvardını almaqda israrlıdır.

İngilislər hücumçu üçün 58 milyon ödəməyə hazırdılar. Futbolçu özü dəfələrlə Avropada oynamaq fikrində olduğunu söyləyib. Neymara qitə nəhənglərindən «Barselona», «Real» və «Bavariya» da iddialıdılar.

Xəbər 831 dəfə oxundu.