“Qarabağ” klubu yenidən məşqlərə başlayıb
“Qarabağ” klubu yenidən məşqlərə başlayıb. Premyer Liqanın XXIII turundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov milli oyunlarla yaranmış fasiləylə əlaqədar komandaya 3 günlük istirahət vermişdi.

“Qarabağ” dünən bazada toplaşaraq məşqə yollanıb. Komanda Suraxanı qəsəbə stadionunda günün yeganə çalışmasını keçib. Ağdamlılar məlum səbəblərdən heç də tam heyətlə çalışa bilmir. Futbolçularından 7-sini əsas, 2-sini U-21-ə, Ansi Aqollini Albaniya millisinə göndərən komandada Branimir Subaşiç də zədə səbəbindən çalışmalara qatılmır.

Qeyd edək ki, “Qarabağ”ın bu günə 2 məşqi nəzərdə tutulub.

Xəbər 792 dəfə oxundu.