Gənclər və İdman Nazirliyinin yeni saytı istifadəyə verildi
Bu gündən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi saytı (www.mys.gov.az) bir sıra yeniliklərdən sonra fəaliyyətini bərpa edib.

Yeni dizaynda, bir sıra elektron xidmətlərlə zəngin saytda Nazirliyin fəaliyyəti, Dövlət gənclər siyasəti, bədən tərbiyəsi və idman, eləcə də Olimpiya Hərəkatına geniş yer ayrılıb.

Saytda həmçinin Gənclər və İdman Nazirliyinin fəaliyyət sferasına daxil olan hər iki sahə ilə bağlı, qanunvericilik, hüquqi normativ aktlar, fərman və sərəncamlar ayrıca olaraq əks olunub.

İnternet istifadəçiləri bu gün saat 15.00-dan etibarən www.mys.gov.az saytını ziyarət edə və rəsmi facebook səhifəsində də (http://www.facebook.com/mysofficial) izləyə bilərlər.

Xəbər 1880 dəfə oxundu.