Con Toşak “Xəzər Lənkəran”la bağlı ilk qərarını verib
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak heyətlə bağlı ilk qərarını verib. Zəif oyuna görə bir müddət öncə əvəzedici heyətə göndərilmiş Orxan Sadıqlı geri qaytarılıb.

Klubdan verilən məlumata görə, Orxan bu gün səhər məşqinə əsas heyətdə çıxıb və rəsmən geri dönüb. Qeyd edək ki, “Xəzər Lənkəran” bu gü saat 16.30-da ikinci məşqə çıxacaq.

Xəbər 931 dəfə oxundu.