Gəncədə dama üzrə şəhər çempionatı
12-15 mart tarixlərdə Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə şəhərin ali və orta ixtisas təhsilli tələbələri arasında XII ənənəvi Spartakiadasına daxil olan dama üzrə şəhər çempionatı keçirilib.

Şahmat –Dama məktəbində 32 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi tələbə gənclər arasında idmanı inkişaf etdirmək, şəhərin ali və orta ixtisas təhsili tələbələri arasında qalib idmançıları seçmək, şəhərin yığma komandasına daxil etmək olub.

Sonda birinciyə GDU, ikinciyə AzTU, Müəllim intitutu üçüncüyə, ADAU dördüncü yerə; orta ixtisas məktəbləri arasında Musiqi birinciyə, Tibb məktəbi ikinciyə, Humanitar kolleci üçüncüyə, Texniki kolleci dördüncü yerə layiq görülüblər.

Xəbər 795 dəfə oxundu.