“İnter”in istirahəti başa çatıb
“İnter”in istirahəti başa çatıb. Premyer Liqada yaranan fasilədən yararlanıb yetirmələrinə 4 günlük istirahət verən Kaxaber Tsxadadze komandanı bu gün yenidən bir araya gətirib.

“Şəfa” stadionuna toplaşan komanda məşqlərə məşlayıb. “İnter” sabah da “Şəfa”da məşq edəcək. Hazırlıqlarda əsas milliyə çağırılan Vladimir Levin və “-21-in düşərgəsində olan Fuad Bayramovla Abdulla Abasiyev iştirak etmir.

Qeyd edək ki, “İnter” fasilə müddətində bir yoxlama matçı keçirəcək. Martın 23-də baş tutacaq qarşılaşmada “bankirlər”in rəqiib AZAL olacaq. Oyun “Şəfa”da keçiriləcək.

Xəbər 832 dəfə oxundu.