Superliqada dördlər finalı başladı
Aprelin 18-də Mingəçevirdə qadın voleybolçuların ölkə birinciliyinin super liqasında dördlər finalının ilk turu keçirilib. Qeyd edək ki, Azərbaycan çempionu Mingəçevirdə, Masallıda və Bakıda keçiriləcək turnirlərin nəticəsinə görə müəyyən ediləcək.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ilk turun birinci günü "Rabitə" və "Lokomotiv" qarşılaşıb. İlk iki setdə 25:22, 25:16 hesabı ilə "Rabitə" qalib gəlib. Sonrakı setlərdə “dəmiryolçular” hesabı bərabərləşdiriblər. 3-cü və 4-cü set 25:21 və 25:22 hesabı ilə "Lokomotiv"in xeyrinə başa çatıb. Həlledici beşinci setdə də "Lokomotiv" üstün olub -19:17. Beləliklə oyun 3:2 hesabı ilə dəmiryolçuların qələbəsi ilə nəticələnib
"İqtisadçı" ilə "Azərreylin" oyununun ilk seti 25:18 hesabı ilə “Çellenc” kubokunun builki sahibinin xeyrinə başa çatıb. İkinci setdə "İqtisadçı" hesabı bərabərləşdirib - 25:22. 3-ü və 4-cü setlərdə "Azərreyl" 25:19 və 25:22 hesabı ilə qalib gəlib. Beləliklə, oyun 3:1 hesabı ilə “dəmiryolçular”ın xeyrinə başa çatıb.
Bu gün "Lokomotiv" "Azərreyl"lə, "Rabitə" "İqtisadçı" ilə qarşılaşacaq.

Xəbər 976 dəfə oxundu.