Azərbaycan – Portuqaliya oyununun bütün təyinatları
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununa bütün təyinatlar açıqlanıb. UEFA millimizin oyununa ingilis, macar və ukraynalı mütəxəssisləri təyin edib.

Belə ki, matçın ingiltərəli baş hakimi Andre Marrinerə həmyerliləri Simon Peter Bennett və Stuart Burt yardım edəcək. Oyunun dördüncü hakimi Antoni Taylor, komissarı macar İstvan Huszar olcaq. Hakimlərin işinə isə ukraynalı hakim-inspektor Vasili Melniçuk qiymət verəcək.

Xəbər 951 dəfə oxundu.